Kontentə keç

İncildə İsa peyğəmbər haqda yazılanlar dəyişdirilməyib ki?

İncildə İsa peyğəmbər haqda yazılanlar dəyişdirilməyib ki?

Müqəddəs Yazıların cavabı

 Müqəddəs Yazıları qələmə alanlardan biri qeyd edir ki, hər şeyi lap başdan dəqiqliklə araşdıraraq ardıcıllıqla yazıb (İncil, Luka 1:3).

 Bəzilərinin iddia etdiyinə görə, İsa peyğəmbərin müasirləri (Matta, Mark, Luka və Yəhya tərəfindən qələmə alınan Müjdələr) İsa Məsihin həyatı və xidmətindən bəhs edilən İncilin ilk dörd bölməsi — bizim eramızın dördüncü əsrində dəyişikliyə məruz qalmışdır.

 Lakin XX əsrin əvvəllərində Misirdə tapılmış Yəhyanın Müjdəsinin önəmli olan bir fraqmenti bu fikri təsdiq etmir. İndi Raylends papirusu 457 (P52) kimi tanınan bu əlyazma İngiltərənin Mançester şəhərinin Con Raylends kitabxanasında saxlanılır. Əlyazmanın mətni müasir İncilin Yəhya 18:31—33, 37, 38 ayələrinə uyğun gəlir.

 Hal-hazırda bu, İncilin ən qədim əlyazmasının fraqmenti hesab olunur. Bir çox alimlər belə qənaətə gəliblər ki, bu əlyazma orijinaldan 25 il sonra, təxminən b.e. 125-ci ilində yazılıb. Tapılan fraqmentin mətni sonrakı mətnlərlə, demək olar ki, tam olaraq üst-üstə düşdüyünü üzə çıxarmışdır.