Kontentə keç

Müqəddəs Kitabın icmalı

Müqəddəs Kitabın icmalı

Müqəddəs Kitab ən geniş yayılmış kitabdır. Bir çox insanlar üçün o çox dəyərlidir. Ancaq sizdə sual yarana bilər: «Bu kitab nə barədədir?»

«Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?» broşüründə Müqəddəs Kitabın icmalı və əsas mövzusu gətirilir. Orada «Yaradılış» kitabında nəql edilən yaradılışdan tutmuş «Vəhy» kitabında təsvir olunan gözəl cənnətə qədərki hadisələrdən yığcam şəklində bəhs olunur. Broşürdəki zaman xəttində hadisələrin tarixi göstərilir. Digər özəllikləri rəngli şəkillər və düşündürücü suallardır.

«Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?» broşürünü onlayn oxuyun.