Kontentə keç

Mündəricatı göstər

Əsl həyat!

Əsl həyat!

Yüklə:

  1. 1. Göz açıram mən yeni bir dünyada, hər yanda bir gözəllik.

    Qorxutmaz heç nə məni bu həyatda,

    Yox olub artıq pislik.

    Gəl dolaşaq ər-ətrafı biz seyr edərək,

    Nemətləri bir-bir sayaq şükran deyərək.

    NƏQƏRATA KEÇİD

    Amma biz hələlik gözləyək,

    NƏQƏRAT

    Tezliklə pis dünya tam yox olar, açılar yeni səhər.

    Əlini açar Yehova, çin olar bil, arzular.

    Əsl həyat!

  2. 2. Hər kəs birgə zəhmət çəkir burda, dünyamız təzələnir.

    Şən bir səda yayılır el-aləmdə, həyata bəzək qatır.

    Sevinc göz yaşları axır, ömür keçir şad.

    Ləzzət verir belə həyat, bax hər yan büsat.

    NƏQƏRAT

    Tezliklə pis dünya tam yox olar, açılar yeni səhər.

    Əlini açar Yehova, çin olar bil, arzular.

    Əsl həyat!

    KEÇİD

    İndiysə saxlaram mən göz önündə bunları,

    Gələcək yeni dünya, bitər həsrət, əminəm.

    NƏQƏRAT

    Tezliklə pis dünya tam yox olar, açılar yeni səhər.

    Əlini açar Yehova, çin olar bil, arzular.

    NƏQƏRAT

    Bil ki, pis dünya tam yox olar, açılar yeni səhər.

    Əlini açar Yehova, çin olar bil, arzular.

    Əsl həyat!

    SONLUQ

    Bu ümid, bu ümid

    Gerçəkdir!

    Bu ümid, bu ümid

    Gerçəkdir!

    Bu ümid, bu ümid

    Gerçəkdir!

    Bu ümid, bu ümid

    Gerçəkdir!