Kontentə keç

Mündəricatı göstər

«Duaları eşidən» Allah bizi məmnuniyyətlə dinləyir (ZƏBUR 65:2).

Allahın razılığını qazanmaq üçün həmişə dua edin

Allahın razılığını qazanmaq üçün həmişə dua edin

Allah insanlara bənzərsiz bir nemət — dua ənamı bəxş edib. İnsan dua vasitəsilə Allahla ünsiyyət qurur, hisslərini Ona danışır. Davud peyğəmbər duasında demişdi: «Ey duaları eşidən, hər cür insan hüzuruna gələcək» (Zəbur 65:2). Bəs necə dua edək ki, Allah dualarımızı eşidib bizə lütf etsin?

ÜRƏKDƏN DUA EDİN

Dua ürəyinizi Allaha açmaq, ən dərin hisslərinizi Onunla bölüşmək üçün bir imkandır (Zəbur 62:8). Sidqi-ürəkdən edilən dualar Allah-Taalaya xoş gedir.

ALLAHA ADI İLƏ XİTAB EDİN

Allah çoxlu sifətlərlə vəsf olunsa da, Onun tək bir adı var. O, Öz Kəlamında deyib: «Mən Yehovayam. Adım budur» (Əşiya 42:8). Müqəddəs Kitabda Yehova adına təxminən 7000 dəfə rast gəlinir. Peyğəmbərlər dualarında Allaha adı ilə xitab edirdilər. Məsələn, bir dəfə İbrahim peyğəmbər onu narahat edən məsələ barədə Allaha müraciətən demişdi: «Yehova,.. yenə soruşmaq istəyirəm» (Yaradılış 18:30). Bəli, dua edəndə Allahın adını çəkmək vacibdir.

ÖZ DİLİNİZDƏ DUA EDİN

Hansı dildə danışırıqsa danışaq, Allah bizim hisslərimizi, fikirlərimizi başa düşür. Kəlamında bizi əmin edərək deyir: «Allah ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və düzgün iş görən adamdan razıdır» (Həvarilərin işləri 10:34, 35).

Amma Allahın lütfünü qazanmaq üçün təkcə dua etmək azdır. Növbəti məqalələrdə görəcəyik ki, daha nələr etməliyik.