Kontentə keç

Mündəricatı göstər

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Kəpənəyin qanadı

Kəpənəyin qanadı

KƏPƏNƏYİN qanadları o qədər incə və kövrəkdir ki, hətta onun üzərinə düşən toz dənəciyinin və ya su damcısının ağırlığı uçmasına çətinlik törədə bilər. Ancaq kəpənəyin qanadları həmişə təmiz və quru qalır. Bunun sirri nədədir?

Kəpənəyin qanadı bir-birini örtən xırda-xırda pulcuqlarla örtülüdür

Fikir verin. Morfo növündən olan iri mavi kəpənəkləri (Morpho didius) araşdıran Ohayo Universitetinin tədqiqatçıları maraqlı bir fakt aşkar etmişlər. Adi gözlə baxanda bu kəpənəyin qanadları hamar görünsə də, onların səthi bir-birini örtən və kirəmitlə hörülmüş dama bənzəyən xırda-xırda pulcuqlarla örtülüdür. Bu pulcuqların aralarındakı xırda paralel novçalar sayəsində çirk zərrəcikləri və su damcıları asanlıqla diyirlənib yerə düşür. Mühəndislər kəpənəyin qanadının səthinə bənzəyən və suyu kənara axıdan, eləcə də özü-özünü təmizləyən səthlər yaratmağa çalışırlar. Bu materialdan sənayedə və tibdə istifadə etmək olacaq.

Kəpənəyin qanadı alimlərin canlılardakı dizaynı təkrarlamağa çalışdıqlarına daha bir nümunədir. Tədqiqatçı Bharat Bhuşan qeyd edir: «Təbiət — xırdasından tutmuş irisinədək — insanların əsrlər boyu ilham aldığı mühəndis möcüzələri ilə doludur».

Necə düşünürsünüz? Kəpənəyin qanadı təkamülün nəticəsidir, yoxsa yaradılış möcüzəsidir?