Kontentə keç

Mündəricatı göstər

Bilirsiniz?

Bilirsiniz?

İsa Məsih Yerusəlim məbədindəki alverçiləri nə üçün «quldur» adlandırmışdı?

MƏTTANIN yazdığı müjdədə bu hadisə belə nəql olunur: «İsa məbədə girib oradakı bütün alverçiləri və müştəriləri qovdu, pul dəyişənlərin masalarını və göyərçin satanların kətillərini çevirib dedi: Yazılıb: “Mənim evim dua evi adlanacaq”. Siz isə onu quldur yuvasına döndərmisiniz» (Mət. 21:12, 13).

Yəhudi tarixi qeydlər göstərir ki, məbəd alverçiləri mallarını çox baha qiymətə satıb müştəriləri soyurdular. Məsələn, qumru quşları adətən ucuz olduğu üçün kasıb insanlar onu alıb qurban gətirə bilirdilər. Lakin qədim yəhudi qeydlərindən biri olan «Mişna»da yazılana əsasən, birinci əsrdə elə vaxt olmuşdu ki, bir cüt qurbanlıq göyərçinin qiyməti bir qızıl dinara qədər qalxmışdı. Həmin dövrdə bir qızıl dinar adi işçinin 25 günlük əmək haqqına bərabər idi. Göyərçin və qumru quşunun qiymətinin bu qədər baha olması ucbatından kasıb insanların onları almağa gücü çatmırdı (Lav. 1:14; 5:7; 12:6—8). Bu vəziyyət yəhudi din xadimlərindən biri olan Şəmun ben Qəmlaili özündən çıxarır və o, icbari qurbanların sayını azaldır. Beləcə, alverçilər bir cüt göyərçini əvvəlkindən 100 dəfə aşağı qiymətə satmalı olurlar.

Odur ki, məbəd alverçilərinin acgözlüklə camaatı soyduqlarını nəzərə alsaq, İsa Məsihin onları «quldur» adlandırması tam yerində idi.